Mourinyonun "bəxti açılır"
10 May 2016 18:50 İdmanJoze Mourinyonun bir neçə ay işsiz qalması, deyəsən, gözlənilməz təkliflər almasına da səbəb olacaq. Daha öncə Suriya Futbol Federasiyasının onu baş məşqçi təyin etmək istəyi mətbuatda əksini tapmışdı. Goal.az xəbər verir ki, bu dəfə portuqal mütəxəssisə İndoneziya millisini çalışdırmaq təklif oluna bilər. Ölkənin idman naziri İmam Nahravi məsələ ilə bağlı bunları deyib: "Bu variant prezident Coko Vildodo və Olimpiya Komitəsinin sədri Erik Tohirlə müzakirə edilib. Eyni zamanda bunu həyata keçirmək çətindir. Millimizin baş məşqçisi xarici olmalıdır. Tohirdən Mourinyonun maaşını maraqlandım. Onun məvacibi 18.7 milyon dollar təşkil edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31