Millinin çalışdırıcısı karyerasını başa vurur
10 May 2016 14:46 İdmanİslandiya millisinin baş məşqçisi Lars Laqerbek Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis şəxsi həyatına daha çox vaxt ayırmaq istədiyini qeyd edib. "Qərar vermək çətin idi. Komandanın sükanı arxasında 43 gözəl il keçirdim. Problem budur ki, çoxdan doğulmuşam. Başa düşürəm ki, yaşımın üstünə yaş gəlir, çox səyahət etməli oluram. İş səbəbindən şəxsi həyatıma çox vaxt ayıra bilmirəm. Karyeramı bitirmək fikrimə əsas səbəb başqa işlə məşğul olmaq, ailə və dostlarımla daha çox vaxt keçirmək istəyimdir". Laqerbekin köməkçisi Heymir Hallqrimsson AVRO-2016-dan sonra millidəki işini baş məşqçi kimi davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31