Portuqal futbolçu 1 illik sıradan çıxdı
10 May 2016 14:45 İdman"Zenit"in portuqaliyalı futbolçusu Danni uzun müddət yaşıl meydanlarda görünməyə bilər. Goal.az xəbər verir ki, onu əməliyyat edən cərrah Xose Karlos Noronya futbolçunun 12-14 aya bərpa olunacağını qeyd edib. "Bu, sağ diz bağlarının 3-cü qopmasıdır. Ona görə Danni 1 ildən 14 aya qədər reablitasiya keçməlidir". Təcrübəli yarımmüdafiəçi aprelin 16-da dizindən ciddi zədə almışdı. İlkin olaraq onun 8-9 ay futbol oynamayacağı güman edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31