"Barselona"nın növbəti transfer hədəfi

"Barselona"nın mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi daha bir oyunçunun adı açıqlanıb. Apasport.az xəbər verir ki, bu, Hatem Ben Arfadır. Hazırda "Nitsa"nın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Kataloniya klubunun maraq dairəsinə düşüb. Baş məşqçi Luis Enrike rəhbərliklə söhbətində Ben Arfanın komandaya əlavə güc qatacağını bildirib. Bundan sonra hərəkətə keçən kataloniyalılar qarşı tərəflə danışığa start veriblər. Futbolçunun bu təklifə qarşı çıxmayacağı bildirilir. İspanlar PSJ-nin müdafiəçisi Tiaqo Silva kimi, Ben Arfanı da nəyin bahasına olursa-olsun, heyətinə qatmaq istəyir.

Qeyd edək ki, karyerası ərzində "Lion", "Marsel", "Nyukasl" kimi klubların formasını geyinmiş Ben Arfa 2015-ci ildən "Nitsa"da çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31