""Atletiko" "Real"dan qisas almaq istəyəcək"
6 May 2016 18:37 İdman"Real"ın keçmiş direktoru Xorxe Valdano Çempionlar Liqasının final görüşü haqqında fikirlərini bildirib. Goal.az-a xəbər verir ki, Valdano bunları deyib: "Pelleqrini deyirdi ki, ən yaxşı oyunu Premyer Liqada göstərirlər. Amma İspaniya çempionatı da bu baxımdan geri qalmır. Biz Çempionlar Liqasının Lissabon finalı haqqında çox danışacağıq. Hazırda "Atletiko" qisas barədə düşünür. Onlar "Bavariya"dan intiqam aldılar, indi eyni aqibəti "Real"a yaşatmaq istəyirlər". "Atletiko" 1973/74 mövsümündə "Bavariya" ilə Çempionlar Kubokunun finalında qarşılaşmışdı. İlk oyun 1:1 başa çatdığından cavab oyunu keçirilmiş və Münhen klubu rəqibini 4:0 hesabıyla darmadağın etmişdi. 2013/14 mövsümünün finalında isə "Atletiko" həmşəhərliləri "Real"a 1:4 hesabıyla uduzmuşdu.