Azərbaycanda futbol komandası meydana çıxmaqdan imtina edib
6 May 2016 17:25 İdmanFutbol üzrə Azərbaycanın I Divizionunun XXV turunun "Şahdağ" - "Şərurspor" oyunu baş tutmayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, buna səbəb Qusarın klubunun meydana çıxmaqdan imtina etməsidi. Belə ki, saat 16:00-da başlaması nəzərdə tutulan qarşılaşmanın start fiti səslənməyib. Futbolçular əmək haqlarının ödənilməməsinə etiraz edərək, oynamaq istəməyiblər.
Qeyd edək ki, bu matç qusarlılar üçün mövsümün son ev oyunu idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31