Pal Kanto Alessandro: "Ümid edirəm ki, sürpriz etməyi bacaracağıq"

"Qrupdakı rəqiblərimizin hamısı güclü komandalardır. Biz də güclü oynamağa çalışacağıq. Bu yarış komandam üçün böyük təcrübədir". Bunu  açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin D qrupunda yer alan İtaliya komandasının baş məşqçisi Pal Kanto Alessandro deyib.

O qeyd edib ki, Hollandiya, İspaniya və Serbiya komandaları ilə oyun asan olmasa da, qrupdan çıxmaq üçün bütün güclərindən istifadə edəcəklər: "Bizi favorit görməsələr də, ümid edirəm ki, sürpriz etməyi bacaracağıq. Qrupdan çıxa bilsək, əsas rəqiblərimiz Almaniya, Portuqaliya və Fransa olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31