Steven Kooper: "Azərbaycanda infrastruktur yüksək səviyyədədir"
5 May 2016 14:16 İdman"Qrupda bütün komandalarla görüşümüz çətin keçəcək. Ən vacibi öz oyunumuzu göstərməkdir". Bunu açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda yer alan İngiltərə komandasının baş məşqçisi Steven Kooper deyib. O, Fransa komandası ilə qarşılaşmanın daha çətin keçəcəyini bildirib. Mütəxəssis turnirin təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edib: "Azərbaycanda otellər, meydançalar, ümumiyyətlə infrastruktur çox yüksək səviyyədədir. Burada futbol oynamaq üçün gözəl şərait var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31