İspan məşqçi: “Bura gəlmişiksə, qələbə qazanmalıyıq"

"Belə turnirlərdə İspaniya komandası hər zaman favorit olur. Bu yarışa ən son vəsiqəni biz əldə etmişik. Daha çox çalışaraq istədiyimiz nəticəni qazanmaq niyyətindəyik". Bunu  açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin D qrupunda yer alan İspaniya komandasının baş məşqçisi Santiaqo Denia deyib. O, komandasındakı gənc futbolçuların ulduz kimi formalaşması üçün belə turnirlərin önəmli olduğunu qeyd edib. Mütəxəssis turnirdə hədəflərinin yalnız qələbə qazanmaq olduğunu bilirib: "Bura gəlmişiksə, qələbə qazanmalıyıq. Bütün gücümüzlə oynayıb, gözəl nəticələr əldə etmək niyyətindəyik". Qonaq UEFA və AFFA-nın rəhbərliyinə yüksək təşkilatçılığa görə minnətdarlığını bilirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31