Bernard Diomed: "Fransa-İsveç oyunu fransızlar üçün daha maraqlı olacaq"
5 May 2016 13:55 İdman"İlk dəfədir Azərbaycana gəlmişəm. Bura gəlməmişdən əvvəl dostum mənə ölkəniz haqqında məlumat vermişdi. Gələndən sonra onun dediklərini öz gözümlə gördüm. Azərbaycan çox gözəl ölkədir. Buranın insanları qonaqpərvərdirlər". Bunu açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda yer alan Fransa komandasının baş məşqçisi Bernard Diomed deyib.
O, turnirin təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edib. Baş məşqçi qrup mərhələsindəki şanslarını dəyərləndirib: "Qrupdakı bütün rəqiblərimiz güclü komandalardır. Mənim məşqçi kimi mayın 21-dək planlarım var. Çalışacağıq ki, yaxşı oyun göstərək və qələbə qazanaq. Danimarkanı yoldaşlıq oyununda məğlub etsək də, burada daha güclü olacaqlarını düşünürəm. İbrahimoviç Fransa liqasına böyük maraq gətirib. Ona görə Fransa-İsveç oyunu fransızlar üçün daha maraqlı olacaq".