"Heç bir komanda qələbəyə layiq deyildi"

"Bərabərsəviyyəli oyun keçdi. Heç bir komanda qələbəyə layiq deyildi. Yarımfinalda güclü komandaya qarşı oynadıq. Ancaq "Real"ın bizdən daha yaxşı olduğunu düşünmürəm. Onlar daha şanslı idilər". Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının yarımfinalında "Real"a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçından sonra deyib. O, qarşılaşma ərzində qol vurmağa çalışdıqlarını bildirib: "Amma buna müvəffəq olmadıq. Klub tarixində ilk dəfə yarımfinala yüksəlmişdik. Bu, komanda üçün əhəmiyyətli idi. "Mançester Siti" həmişə final uğrunda oynamağa çalışmalıdır". M.Pelleqrini "Real" və "Atletiko" arasında keçiriləcək final oyunu haqda da danışıb. O, matçın favoritinin olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31