Çempionlar Liqasının finalında iki Madrid klubu oynayacaq

Mayın 4-dən 5-nə keçən gecə Çempionlar Liqasının ikinci yarımfinalının cavab qarşılaşması keçirilib. Madrid "Real"ı İngiltərə təmsilçisi "Mançester Siti"ni qəbul edib.

Mançesterdə keçirilən ilk oyunda 0:0 hesablı heç-heçə qeydə alındığından, bu matç çox böyük əhəmiyyət daşıyırdı. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən meydan sahibləri 20-ci dəqiqədə istəklərinə çatıblar. Qaret Beyl azarkeşləri sevindirib - 1:0.

Oyunun qalan hissəsi gərgin keçsə də, qolsuz olub.

Beləliklə, "Real Madrid" Çempionlar Liqasının finalına yüksəlib.

Beləliklə, mayın 28-də Milan şəhərində ÇL-nın finalında iki Madrid komandası qarşılaşacaq - "Real" və "Atletiko".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31