“Beşiktaş”da ayrılıq: alman ulduz gedir

"Beşiktaş"ın almaniyalı ulduzu Mario Qomez komandadan ayrılacaq. Qafqazinfoya xəbər verir ki, futbolçu İtaliyanın "Fiorentina" klubuna keçəcək. Bu barədə forvard özü rəhbərliyə məlumat verib. O bildirib ki, yayda Florensiya təmsilçisinə geri dönəcək. Əgər "Fiorentina" futbolçunu satarsa, burdan "Beşiktaş"a 50 faiz pay düşəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31