Emil Balayev "Ayntraxt"ı tərk edir

"Ayntraxt" Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşib. Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" klubunun şərəfini qoruyan Emil Balayev mövsümün sonunda komandadan ayrıla bilər. Qafqazinfoya xəbər verir ki, Bundesliqada 17-ci pillədə qərarlaşan "Ayntraxt" II Bundesliqaya düşmək təhlükəsi ilə üzləşib. Mövsümün sonunda komandadan bir neçə futbolçu göndəriləcək. Məlumatda bildirilir ki, Frankfurt təmsilçisini Emil Balayevin də tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, "Ayntraxt"ın 3-cü qapıçısı olan Emil Balayev klubunda debüt etməyib. Bundan əlavə, Balayev mövsümü zədə səbəbindən erkən başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31