Gənc yunan-Roma güləşçiləri Batumidən 2 bürünc medalla qayıdıb
2 May 2016 14:00 İdmanGürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yığma komandanın məşqçisi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub. 66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov və 120 kq çəkidə yarışan Adəm Cəlilov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31