Velosipedçimizin Çexiyada uğurılu çıxışı
2 May 2016 12:56 İdmanAzərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" turunda uğurla çıxış edir. GİN-dən "OLAYLAR"-a bildirilib ki, yarışın 100 km-dən ibarət 2-ci günündə 2 saat, 50 dəqiqə, 35 saniyə nəticə göstərən velosipedçimiz "solo-finiş"lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə, 11 saniyə qabaqlayıb. Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın "Canyon SRAM Racing" klubunun belaruslu üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku 2 dəqiqə, 9 saniyə qabaqlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31