Bakı Marafonu müxtəlif yaşlı insanları birləşdirən yaxşı təşəbbüsdür

Bakı Marafonu 2016 müxtəlif yaşlı insanları birləşdirən yaxşı təşəbbüsdür. Bunu   Azərbaycan Texniki Universitetinin tələbəsi, marafon iştirakçısı Lamiyə Novruzova deyib.

Onun sözlərinə görə, bu çox maraqlı tədbirdir: "İnsanlar burada bir-birilə tanış olurlar. Tədbir yaxşı səviyyədə təşkil edilib".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31