Klopp: "1:0 məğlub olanda nə baş verir ki?"

"Liverpul" Avroliqanın yarlmfinalında baş tutan ilk oyunda 0:1 hesabıyla "Vilyareal"a uduzub. Goal.az  xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurqen Klopp Liverpulda fərqli oyun olacağını qeyd edib. "Komandanın oyunundan razı qaldım. "Vilyareal" haqqında məlumatı olmayanlar indi bu klubu daha yaxşı tanıyacaqlar. Onlar yaxşı komandadır, biz də, həmçinin. 92-ci dəqiqədə əks-hücum təşkil olunanda qol vurulması gözlənilirdi. Hər kəs ətrafımda qələbəni qeyd edəndə ilk fikrim bu oldu: "Üzrlü sayın, mübarizə davam edir. "Anfield"ə də gəlməlisiz". Biz hazır olacağıq. Bu görüşdən sonra arxayınlıq azalmayb. Bu gün 1:0 məğlub olanda nə baş verir ki? Hər şeyi "Borussiya" ilə müqayisə etmək istəmirəm. Amma futbolda mümkün olmayan heç nə yoxdur. 1 top üstünlük böyük nəticə deyil. "Vilyareal"a qol vurmaq imkanlarımız oldu. Pis müdafiə olunmadıq. Cavab oyunu tam fərqli olacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31