Məşhur futbolçu 9 milyon dollara təyyarə aldı

İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının futbolçusu Neymar 9.1 milyon dollara şəxsi təyyarə alıb. Report bildirir ki, "Cessna" markalı təyyarənin alışı 2015-ci ildə həyata keçirilib. Lakin jurnalistlər bundan indi xəbər tutublar. Hava gəmisi 12 nəfəri daşımağa və saatda 890 km sürətlə uçmağa qadirdir. Bundan başqa təyyarə eniş etmədən 5000 km-dək uçuş həyata keçirə bilər. Martın 18-də San-Paulu şəhər məhkəməsi fırıldaqçılıq və vergilərdən yayınmaqda ittiham olunan futbolçunun xəzinəyə 45 milyon avro ödəməli olduğuna dair hökm çıxarıb. Bu, yekun qərar deyil və hücumçu apellyasiya verə bilər.

Qeyd edək ki, Neymar "Barselona"da 2013-cü ildən çıxış edir. Bu mövsüm "sambaçı" Kataloniya komandasının heyətində 44 oyuna 29 qol vurub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31