Cüdoçularımız Avropa kubokunda uğur qazanıb
28 Aprel 2016 16:27 İdmanTəhsil Nazirliyi 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdoçuları Çexiyanın Teplisa şəhərində yeniyetmələr arasında Avropa kubokunda uğurla iştirak ediblər. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idman məktəbinin yetirmələri 1 qızıl və 2 gümüş medal qazanıblar. 60 kq çəkidə mübarizə aparan cüdoçulardan İbrahim Əliyev I yerə, Elçin Hüseynov II yerə, 73 kq çəkili cüdoçular arasında isə Paşa Əliyev II yerə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31