İkiqat olimpiya çempionu karyerasını başa vurdu
27 Aprel 2016 18:39 İdman400 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu Feliks Sançes peşəkar idmançı karyerasını başa vurub. Report-un məlumatına görə, 39 yaşlı atlet bundan sonra diqqətini daha çox ailəsinə sərf edəcəyini bildirib. Dominika Respublikasını təmsil edən F.Sançes, eyni zamanda, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında şərhçi işləyəcək.
Qeyd edək ki, F.Sançes Afina-2004 və London-2012 Olimpiadalarında qızıl medal qazanıb. O, 2001 və 2003-cü il dünya çempionatlarının da qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31