Ronaldu haqda ümidsiz danışdılar
27 Aprel 2016 18:32 İdmanUEFA Çempionlar Liqasının yarımfinal ilk matçında səfərdə "Mançester Siti" ilə qolsuz bərabərliyə razılaşan Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldu zədə səbəbindən İngiltərədəki oyunda iştirak edə bilməyib. Apasport.az xəbər verir ki, portuqaliyalı bombardir hətta bu iki komanda arasındakı cavab qarşılaşmasını da buraxa bilər. Belə ki, bud sümüyündəki problem səbəbindən La Liqanın son turunda da meydana çıxmayan hücumçu "şəhərlilər"lə matçdan öncə məşq prosesində iştirak etsə də, fitness məşq zamanı səhhətində başqa problem aşkarlanıb. İspaniyanın nüfuzlu "Marka" nəşri iddia edir ki, Ronaldu cavab qarşılaşmasında da meydana çıxmayacaq.
Qeyd edək ki, aktivində 16 qol olan Kriştianu hazırda Çempionlar Liqasının bombardirlər siyahısına başçılıq edir.