Pepe: "Mən dəli olsaydım..."

"Real"ın müdafiəçisi Pepe maraqlı fikirləri ilə diqqət çəkib. Qol.az xəbər verir ki, rəqiblərinə qarşı sərt oynadığı üçün tənqid olunan portuqaliyalı futbolçu "Barselona"nın hücumçusu Neymarın ondan daha çox vərəqə ilə cəzalandırıldığını bildirib:

"İnsanlar mənim haqda çox şey deyə bilərlər. Ancaq Neymar məndən daha çox vərəqə ilə cəzalandırılıb. "Real" nümunəvi klubdur. Əgər mən insanların dediyi kimi dəli olsaydım, uzun illər "Real" kimi klubda oynaya bilməzdim". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31