“Barselona” köklü dəyişikliklərə hazırlaşır

Çempionlar Liqasında mövsümü erkən başa vuran "Barselona" İspaniya La Liqasında da çempionluq şansını şübhə altına salıb. Publika.az xəbər verir ki, komandanın baş məqşçisi Luis Enrike yayda müdafiə xəttinə əl gəzdirməyi planlaşdırır. Mark Bartra və Dani Alveşin getmək arzusunu nəzərə alan rəhbərlik potensial transferlər haqda düşünməyə başlayıb. Duqlas, Adriano və Tomas Vermalenə gəlincə, "Barsa" istənilən an bu futbolçularla yolları ayıra bilər. Cari mövsümün başa çatmasına 3 tur qalmış 82 xal toplayan Kataloniya klubu "Atetiko" ilə şərikli liderdir. "Real" isə onlardan 1 xal geri qalır. Növbəti turda Luis Enrikenin yetirmələri "Betis" ilə səfərdə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31