"Qarabağ" və "İnter"in sabiq futbolçuları çempion oldular

Gürcüstan çempionatında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Qol.az xəbər verir ki, Tiflis "Dinamo"su çempionatın qızıl medallarına yiyələnib. Bu, 26-cı turda "Kolxeti" ilə oyuna təsadüf edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "Dinamo" ən yaxın izləyicisi "Samtredia"nı 13 xal qabaqlayıb. Bununla da, Tiflis təmsilçisi sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Dinamo"nun Gürcüstanın müstəqillik dönəmində 16-cı ölkə çempionluğu olub. "Dinamo"nun heyətində Bakı "İnter"inin sabiq futbolçularından Aleksandr İaşvili, Aleksandr Amisulaşvili və Mikel Alvaro, "Qarabağ"dan isə Nikoloz Gelaşvili çempion adını qazanıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31