Bakıda Dünya Güləş Birliyinin beynəlxalq hakimlik kursu keçiriləcək

Aprelin 26-29-u tarixlərində "Sərhədçi" Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq. Turnirdən əvvəl isə, Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunub. Kurs DGB instruktorları Andrey Krikov (Rusiya) və Stanislav Sernek (Slovakiya) tərəfindən həyata keçirilir. İki gün davam edən kursda 15 ölkədən 34 hakim iştirak edir. Azərbaycandan 8 hakimin də qatıldığı kursda Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Misir, Finlandiya və digər ölkələrin hakimləri təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31