Azərbaycan şaolinçilərindən 12 qızıl, 2 gümüş, 2 bürünc medal

Ukraynanın Xarkov şəhərində Qarışıq Döyüş növləri üzrə Avropa çempionatı keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, 20 ölkədən 500-dən artıq idmançının qatıldığı çempionatda təmsilçilərimiz uğurlu nəticə göstəriblər. Azərbaycan Şaolin döyüş sənəti federasiyası ümumilikdə 12 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Qeyd edək ki, Avropa çempionatından komandanın kapitanı Əliyev Malik 1 qızıl və 1 bürünc, Abışlı Tofiq 2 qızıl və 1 gümüş, Əlizadə Əlibəy 1 qızıl, Ədilov Fərhad 1 qızıl, Qulamzadə Turan 1 qızıl, Mirzəyev Emil 1 qızıl, 1 bürünc, Qasımov Əzizbəy 1 qızıl, Məmədov Firuz 1 qızıl, Cəfərli Kənan 1 gümüş, Hüseynov Nail 1 qızıl, Mollayev Nizami 1 qızıl medal qazanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31