İdman dırmanması üzrə açıq çempionat keçiriləcək
22 Aprel 2016 18:11 İdmanAprelin 23-24-də "Climbaku" İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) birgə təşkilatçılığı ilə idman dırmanması üzrə "Gömrükçü" İdman Klubunun açıq çempionatı keçiriləcək.
DGK İSM-dən SİA-ya verilən məlumata görə, idman dırmanmasının boldrinq və sürət növləri üzrə təşkil ediləcək yarışda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) iştirak edəcək. Çempionatda "Gömrükçü" İK, "Qafqaz" DİK, "Ekosport" İK, FHN İSK, "Ameast"İK, Salavat İK (Qusar), "Kyanite" İK, Şəki-A.M.A, "Gənclik" İdman Klubunun idmançıları qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışın təşkilində məqsəd idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaqdır.
Çempionatın açılış mərasimi saat 10.30-da baş tutacaq.