Səfərov Avropa 2-cisi oldu
22 Aprel 2016 12:17 İdmanRusiyanın Kazan şəhərində cüdo üzrə Avropa Çempionatı davam edir. Qafqazinfo xəbər verir ki, dünən tatamiyə çıxan 4 cüdoçumuzdan yalnız biri Orxan Səfərov medal qazanıb. Finala qədər bütün rəqiblərini sıradan çıxaran Səfərov həlledici görüşdə uduzaraq Avropa ikincisi olub. İlqar Müşkiyev, Tərlan Kərimov və Aişə Qurbanlı isə medalsız qalıblar. Bu gün isə daha 2 cüdoçumuz mübarizəyə qoşulacaq. Yığmamızın liderlərindən hesab olunan, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/16 finalda litvalı Kestutis Vitkauskasla üz-üzə gələcək. 81 kq-da Əbdülhaqq Rəsullunun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Alain Şmittlə (Fransa) qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31