AVRO-2016: “Qızıl yay” xəyalı
21 Aprel 2016 18:59 İdmanİyunun 10-da start götürəcək futbol üzrə növbəti Avropa çempionatının açılışı mərasiminə 50 gün qalır. Apasport.az xəbər verir ki, 2016-cı il bəzi oyunçular üçün "Qızıl yay"la əlamətdar ola bilər. Belə ki, klubundan yay fasiləsinə mayın 28-də qazanılan Çempionlar Liqası ilə yollanan futbolçu iyulun 10-da Avropa çempionu tituluna da yiyələnə bilər. Futbol tarixində 7 belə oyunçu olub. Söhbət hər iki turnirin finalında meydana çıxmaqla, titul sahibi olanlardan gedir. İlk belə oyunçu 1964-cü ildə İtaliya "İnter"i və İspaniya millisində qalib olan Luis Suaresdir. 1988-ci ildə Hollandiya yığması və PSV ilə uğur qazanan "dördlük" - Ronald Kuman, Berri van Arle, Hans van Brekelen, Harald Vanenburq - iki finalda qələbə sevinci yaşayıb. 2012-ci ildə "Çelsi" ilə Çempionlar Liqasını qazanan Xuan Mata ilə Fernando Torres İspaniya millisi ilə də qitənin ən yaxşısı olublar. Bu 7 oyunçudan başqa, daha 3 futbolçu eyni ildə Avropa çempionu və Çempionlar Liqasını qazanıb. Lakin onlar finalda meydanda olub, qələbə sevincini tam yaşamayıblar. Vim Kift 1988-ci (Hollandiya yığması və PSV), Nikolya Anelka və Kristian Karambö 2000-ci (Fransa yığması və "Real") ildə həm klub, həm yığmada qitənin ən yaxşısı olsalar da, iki finalda meydanda olmayıblar. Kiftlə Anelka yığmada, Krambö hər iki finalda ehtiyatda qalıb. Bu il Çempionlar Liqasının yarımfinalında oynayan 4 klubun hər birinin heyətində AVRO-2016-nın iştirakçısı var: "Atletiko" (İspaniya, Belçika, Fransa, İtaliya və Portuqaliya), "Bavariya" (Almaniya, Avstriya, Fransa, Polşa, İspaniya) və "Real"ın (İspaniya, Portuqaliya, Xorvatiya, Fransa, Uels) hərəsində 5, "Mançester Siti"də 4 (İngiltərə, Belçika, Fransa və İspaniya). İspaniya və Fransa bu komandaların dördündə də təmsil olunub.