Azərbaycan cüdoçusu erməni ilə üz-üzə

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ) start veriləcək. Apasport.az xəbər verir ki, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.

Kişilər
60 kq
İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. "Böyük dəbilqə"nin qalibi  Tom Şmit (Lüksemburq) - Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.

Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.

66 kq
Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.

Qadınlar
48 kq
Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31