Ronaldu zədələndi

"Real"ın futbolçusu Kriştianu Ronaldu zədələnib. Qol.az  xəbər verir ki, portuqaliyalı hücumçu La Liqanın 34-cü turunda "Vilyareal"a qarşı matçda ombasından zədə alıb. Buna baxmayaraq, o, matçın sonuna kimi meydanda olub. K.Ronaldunun zədə səbəbindən ölkə çempionatının 35-ci turunda "Rayo Valyekano" ilə oyunu buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Rayo Valyakano" - "Real" görüşü aprelin 23-ü keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31