Bakıda 7-ci beynəlxalq "Baku Open" karate turniri keçiriləcək
21 Aprel 2016 11:49 İdmanApreli 22-23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 7-ci beynəlxalq "Baku Open" karate turniri keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışda 10 ölkənin idmançıları iştirak edəcək. 7-ci beynəlxalq "Baku Open"ə Azərbaycandan başqa Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançı qatılacaq. Turnirin təntənəli açılış mərasimi 22 aprel saat 17:00-da başlayacaq. Mərasimdə bir sıra ölkələrin karate federasiyasının rəhbərləri və digər fəxri qonaqlar iştirak edəcəklər. Böyüklər arasında fərdi kata və kumite yarışları, həmçinin veteran karateçilərin çxışları yarışın ilk günü olacaq. Ertəsi gün isə yeniyetmə və gənclərin kata və kumite yarışları keçiriləcək.