"Qalatasaray" və "Fənərbaxça" yarımfinal oyunlarına çıxır
20 Aprel 2016 18:35 İdmanTürkiyə Ziraat Kubokunda bu gün yarımfinal qarşılaşmaları keçiriləcək. Lent.az-ın məlumatına görə, liqada heç bir medal ümidi qalmayan "Qalatasaray" kubokda fəxri kürsüyə çıxmaq niyyətindədir. Bunun üçün sarı-qırmızılar bu gün "Çaykur Rizəspor" səfərindən sərfəli nəticə ilə qayıtmaq niyyətindədirlər. "Yeni Rizə Şəhər" stadionunda keçiriləcək qarşılaşmanı hakim Əli Palabıyık idarə edəcək. Bu gün yarımfinal digər cütlüyü güclərini sınayacaq. "Fənərbaxça" səfərdə "Torku Konyaspor"la qarşılaşacaq. Liqada Aykut Kocamamanın tələbələrinə məğlub olan "sarı-laciverdlilər" bu qarşılaşmada qisas almağa çalışacaqlar. "Torku Arena"da keçiriləcək qarşılaşmada Tolqa Özkalfa fit çalacaq. Hər iki yarımfinal qarşılaşması Türkiyənin "ATV" kanalı vasitəsi canlı yayımlanacaq. Onu qeyd edək ki, yarımfinalın cavab qarşılaşmaları mayın 4-ü və 5-də keçiriləcək.