"Dedin ki, səni öldürəcəyəm, nəşini tapa bilməyəcəklər"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım jurnalist Sərhat Uluərəni hər zaman onun və klubunun əleyhinə yazmaqda, bunun üçün sifariş almaqda ittiham edib. Qafqazinfo-ya istinadən xəbər verir ki, canlı yayıma çıxan Uluərən də klub prezidentinin iddialarına cavab verib.

Jurnalist bildirib ki, Aziz Yıldırım onu təhdid edib: "Mən hər zaman həqiqətləri yazdım. Amma sən buna imkan verməməyə çalışırdın. Ailəmi təhdid etdin, səni öldürəcəyəm, nəşini tapa bilməyəcəklər dedin. Bunlar yalan deyil. Sən bir diktatorsan. Sən nə qədər "Fənərbağça" prezidenti olacaqsan, bu klub heç vaxt böyük olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31