Millimizin baş məşqçisi istefa verdi
19 Aprel 2016 18:48 İdmanFutzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino istefaya göndərilib. Report bildirir ki, ispaniyalı mütəxəssis öz istəyilə vəzifəsindən ayrılıb. O, Azərbaycanda çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib. AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31