Həmyerlimiz karate üzrə beynəlxalq turnirin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə karate üzrə beynəlxalq turnir keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Sahib Əhədov turnirin fiziki qüsurlu idmançıları arasında kata yarışının qalibi olub. Yeniyetmələrdən Əli Həsənov (-68 kq), Fəridə Novruzova və Ayşə Hacaloğlu (+58 kq) bürünc medala sahib olub. Beynəlxalq hakim Rənad Əliyev yarşın referiləri arasında ölkəmizi təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31