Tuxel: "Baş verənlər məntiqsiz və emosional idi"

"Borussia" 2016-cı ildə ilk məğlubiyyətini "Liverpul"la oyunda yaşayıb. Dortmund klubu Avroliqanın 1/4 finalının cavab oyununda 3:4 hesabıyla uduzmaqla mübarizəni dayandırıb. Bundesliqa təmsilçisi matçda iki top fərqilə (3:1) önə keçsə də, adını yarımfinala yazdıra bilməyib. Goal.az xəbər verir ki, "Borussia"nın baş məşqçisi Tomas Tuxel də komandasının böyük üstünlüyü əldən verməsinə inanmadığını qeyd edib.

"Baş verənləri izah edə bilmərəm. Çox məntiqsiz və emosional idi. Hesab 3:3 olanda meydandakı azarkeşlər inanırdılar ki, "Liverpool" qalib gələcək. Bu taledir. İnam güclü olanda hər şey baş verə bilər. Bizim hədəfimiz vardı və ona nail ola bilmədik. Futbolda qələbə qazanmaq vacibdir, bunu bacarmadıq. Məğlubiyyəti ləyaqətlə qəbul edib "Liverpool"u təbrik etmək lazımdır. Yenilgini çempion kimi qəbul etməliyik. "Borussia" səfərdə daha çox qol vurmalıdır. Amma iki top fərqilə üstünlük bizə kifayət etməli idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31