Ronaldu artıq yük istəmir, getməyəcək

"Real Madrid" klubunun və Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu Olimpiya oyunlarında iştirak etməyəcək. Goal.az xəbər verir ki, bu barədə futbolçunun özü deyib. Ronaldo bu yay Avropa çempionatında iştirak edəcək. Portuqaliyalı ulduz Rio-de-Janeyrodakı Olimpiadanın əlavə yük ola biləcəyini hesab edir. Onun üçün də futbolçu turnirə qatılmaqdan imtina edib. Yay Olimpiya oyunlarında Portuqaliya yığmasının qrup mərhələsində Əlcəzair, Honduras və Argentina millisi ilə mübarizə aparacaq. Olimpiya futbol turnirinin reqlamentinə görə, futbolçular 23 yaşadək iştirak edə bilər. Hər bir yığma komandanın heyətində 23 yaşdan yuxarı üç oyunçunun oynamaq hüququ var. 2016 Yay Olimpiya Oyunları 5 avqust-21 avqust tarixləri arasında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Azərbaycan turnirdə 40 idmançı ilə 14 idman növündə təmsil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31