Azərbaycan boksçusu Rioya vəsiqə qazandı

Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. Apasport.az bildirir ki, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb. O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.

60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) 3:0 hesabı ilə qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31