"Real Madrid"in ulduz futbolçusunun qohumunun cəsədi tapıldı

Xorvatiya millisinin və Madrid "Real"ının futbolçusu Luka Modriç faciə ilə üzləşib. Lent.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xalası qızı qətlə yetirilib. Salvadorda yaşayan 40 yaşlı Susanna Modriçin cəsədi avtomobilin yük yerindən tapılıb. Mərhumun 2 övladı qalıb. Polis hadisə ilə bağlı araşdırma aparır. Üzləşdiyi faciə Modriçin futbol həyatına təsir etməyib. O, Çempionlar Liqasının 1/4 final mərhələsində "Volfsburq"la cavab oyununa çıxıb və komandası 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31