Avropa Liqasında yarımfinal cütlükləri müəyyənləşir
15 Aprel 2016 10:31 İdmanBu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Çempionlar Liqasında olduğu kimi bu turnirin də yarımfinal mərhələsinin 4 iştirakçısından ikisi İspaniyanı təmsil edir. Lakin püşk hər dörd klubu üz-üzə qoya bilər. Yarımfinalın iştirakçları: "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə) və "Vilyareal" (İspaniya)
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31