Yurgen Klopp: "Şeytanlar kimi döyüşdük"
15 Aprel 2016 10:23 İdman"Unudulmaz gecə oldu. Şeytanlar kimi döyüşdük". Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib. Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Borussiya" üzərində əzmkar qələbə (4:3) qazanan "mersisaydlılar" adlarını yarımfinala yazdırıblar. Matçdan sonra fikirlərini bölüşən Klopp yenə özünəməxsus açıqlaması ilə seçilib: "Oyunun sonunda bəxtimiz bir qədər gətirdi. Emosiyalarım aşıb-daşır. Matç bitəndən bəri sağ əlim ağrıyır. Niyə ağrıdığını bilmirəm. Ola bilsin, kimsə məni vurub, amma bu, vacib deyil".
Qeyd edək ki, "Liverpul"la yanaşı, "Sevilya", "Vilyareal" və "Şaxtyor" klubları da AL-də yarımfinala adlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31