İtaliya da dünya çempionatında
14 Aprel 2016 18:46 İdmanBu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Goal.az xəbər verir ki, bu, İtaliya yığmasıdır. Macarıstanı mübarizədən kənarlaşdıran İtaliya mundiala vəsiqə qazanan 17-ci komanda olub. Avstraliya, İran, Tailand, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya və İspaniya DÇ-yə vəsiqəni daha öncə təmin etmişdilər. Digər 7 iştirakçısı Afrika və Şimali Amerika təmsilçiləri olacaq. DÇ-2016 sentyabrın 10-da start götürüb, oktyabrın 1-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31