Millimizin 15 potensial rəqibi müəyyənləşdi

2016-cı ildə Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinin 24 iştirakçısından 16-sı müəyyənləşib. Qol.az xəbər verir ki, tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edən Azərbaycanın futzal yığmasının 15 potensial rəqibi bəlli olub. Pley-off mərhələsində Hollandiyanı mübarizədən kənarlaşdıran yığmamızla yanaşı, Avropa qitəsindən daha 5 komanda mundiala vəsiqə qazanıb. Bunlar Rusiya, Qazaxıstan, Ukrayna, Portuqaliya və İspaniya yığmalarıdır. "Köhnə qitə"dən son vəsiqənin sahibinə bu gün keçiriləcək İtaliya - Macarıstan oyunundan sonra aydınlıq gələcək. Asiyadan İran, Tailand, Özbəkistan və Vyetnam, Okeaniyadan Solomon adaları, Cənubi Amerikadan Argentina, Braziliya, Paraqvay, həmçinin Avstraliya yığması da dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qalan 8 yığma isə KONKAKAF və Afrika təmsilçiləri olacaq.

Qeyd edək ki, sentyabrın 10-da başlayacaq dünya çempionatı oktyabrın 1-də başa çatacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31