69 yaşında qələbə qazandı, tarixə düşdü

İdmanın ən gəlirli növlərindən olan tennisdə maraqlı hadisə yaşanıb. Apasport.az xəbər verir ki, Beynəlxalq Tennis Federasiyasının (BTF) keçirdiyi rəsmi turnirə 69 yaşında qadın idmançı Qeyl Falkenburq da qatılıb. ABŞ-da baş tutan yarışda Falkenburq ilk görüşünü 22 yaşlı Rozalin Smolla qarşı keçirib. Özündən yaşda təxminən 3 dəfə kiçik olan idmançı ilə mübarizədən qalib ayrılan tərəf Falkenburq olub - 6:0, 6:1. Onun bu qələbəsi bütün dünyada rezonans doğurub. Belə ki, Falkenburq BTF-nin keçirdiyi rəsmi yarışda qələbə qazanan ən yaşlı tennisçi kimi tarixə düşüb. Növbəti görüşündə isə o, Teylor Taunsendlə üz-üzə gəlib və budəfəki dueldən məğlub ayrılıb - 0:6, 0:6.

Qeyd edək ki, 1947-ci ildə anadan olan Qeyl Falkenburq peşəkar tennisdə debütünü 30 il əvvəl, yəni 1986-cı ildə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31