Cüneyt Çakıra mühüm təyinat
12 Aprel 2016 18:51 İdmanTürkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb. Qol.az xəbər verir ki, o, Avropa Liqasının 1/4 finalının "Liverpul" - "Borussiya" (Dortmund) matçını idarə edəcək.
Qeyd edək ki, "Liverpul" - "Borussiya" görüşü aprelin 14-ü Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. Xatırladaq ki, C.Çakır bundan əvvəl Avroliqanın 1/8 final mərhələsinin "Borussiya" - "Tottenhem" oyununda baş hakimlik etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31