"Rəqibin "Real" olduğunu bilirsənsə, itirəcəyin heç nə yoxdur"
12 Aprel 2016 18:48 İdman"Real" və Xorvatiya millisinin sabiq forvardı Davor Şuker Madrid klubunun Çempionlar Liqasında final oynamaq üçün kifayət qədər güclü olduğunu düşünür. Goal.az xəbər verir ki, Şuker bunları deyib:
""Real" aprelin 2-də "Barselona"ya qarşı çox yaxşı oynadı. "Volfsburg"la görüşdə futbolçular bir qədər arxayınlaşdılar. Çempionlar Liqasının himnini dinləyib qarşındakı rəqibin "Real" olduğunu bilirsənsə, itirəcəyin heç nə yoxdur. Əvəzində, çox şey qazana bilərsən. Eyni gedişat "Volfsburg" səfərində müşahidə olundu. Amma "Real" cavab görüşündə kombinasiyalı futbol göstərib qalib gələ bilər. Finalda isə onun rəqibi "Bavariya" və ya "Barselona" olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31