"Qalatasaray" "Fənərbağça" önünə ciddi itkilərlə çıxacaq

Türkiyə Super Liqasının 26-cı turundan təxirə salınan "Qalatasaray" - "Fənərbağça" derbisi sabah keçiriləcək. Qafqazinfo xəbər verir ki, "Qalatasaray" oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Super Liqanın 28-ci turunda "Rizəspor"la qarşılaşmada zədə alan Aurelian Şedjunun derbidə forma geyinməyəcəyi bəlli olub. Müdafiəçi komandanın son məşqində iştirak etməyib. Bundan əlavə, digər aparıcı oyunçu Leonel Karole də "Fənərbağça" ilə oyunu buraxacaq. "Rizəspor"la qarşılaşmanın 37-ci dəqiqəsində sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qalatasaray"ın itkiləri bununla bitmir. Aparıcı oyunçu Uesli Sneyder başda olmaqla Hakan Balta, Sabri Sarıoğlu və Səlcuk İnan da zədəlidir. Bu oyunçuların "Fənərbağça" matçında oynayıb-oynamayacağı bəlli deyil. Nəzərinizə çatdıraq ki, maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31