Serxio Ramos Premyer Liqada oynaya bilər
12 Aprel 2016 18:40 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos mövsümün sonunda komandadan ayrıla bilər. Qol.az xəbər verir ki, ispaniyalı futbolçu "Çelsi"nin maraq dairəsinə düşüb. Yeni mövsümdən London təmsilçisini çalışdıracaq Antonio Konte Ramosu komandasında görmək istəyir. 30 yaşlı futbolçunun mövsümün sonunda hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, cari mövsüm "Real"ın heyətində La Liqada 19 oyun keçirən Ramos 2 dəfə rəqib qapısına yol tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31